waplog

“Microsoft Azerbaijan” avtobiznes üçün müasir həllər mövzusunda seminar təşkil edir


Bakıda aprelin 10-da "Microsoft Azerbaijan" və "Incadea" şirkətlərinin birgə təşkilatçılığı ilə "Avtobiznes üçün müasir həllər" mövzusunda pulsuz seminar keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, seminar avtodilerlər, satış, xidmət idarəetməsi və müştərilərlə iş  üzrə menecerlərin, maliyyə menecerləri, biznes rəhbərləri nümayəndələri üçün nəzərdə tutulub.
Tədbirdə seminar iştirakçılarına "Incadea" şirkətinin avtobiznes üçün dilerin müəssisəni idarəetmə sistemi, biznes-analitika üçün əlavə, mobil həllər kimi "Microsoft"-un yeni texnologiyalarının istifadəsi ilə  hazırlanmış, tez və səmərəli tətbiqə zəmanət verən yeni proqram təminatları təqdim ediləcək.

Tədbir çərçivəsində həmçinin avtodilerlər üçün "Office 365" haqda məlumat təqdim ediləcək.

Qeyd edək ki, "Incadea" şirkəti avtomobillərin topdan və pərakəndə satışı üçün xidmət və həll təchizatçısıdır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL