waplog

Azərbaycanda mobil tətbiqlərin qadağan olunması məsələsi müzakirə olunmur


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil şəbəkə üzərindən fəaliyyət göstərən “WhatsApp” kimi əlavə proqramların istifadəsinə qadağa qoymaq niyyətində deyil.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov tənzimləyici orqanın texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
 
“Biz bu gün “WhatsApp”a qadağa qoysaq, onda gərək “Skype” və digər servisləri də  qadağan edək. Azərbaycanda internet azaddır və bu gün 40-dan çox provayder lisenziyasız fəaliyyət göstərir və bu xidmətlər onların şəbəkəsi üzərindən fəaliyyət göstərir. Bu xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin gündəliyində yoxdur”, - deyə nazir müavini qeyd edib.
 
Qeyd edilən tətbiqlərin mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparılması və hətta artıq zənglərin edilməsi  üçün nəzərdə tutulduğundan ilkin mərhələdə bu, yerli mobil operatorların narahatlığına səbəb olub. Lakin bu gün artıq mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu servislər sayəsində istifadəçilər mobil  internetə daha çox maraq göstərirlər və daha çox  trafik istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL