waplog

"Apple" şirkəti musiqiçilərlə eksklüziv saziş üçün danışıqlar aparır


"Apple" şirkəti britaniyalı musiqiçilərlə onların kompozisiyalarını  "Beats" musiqi yayımı servisində yayımlamaq  üçün eksklüziv saziş bağlamaq məqsədi ilə danışıqlar aparır.
 
 
"ICTnews" xəbər xidmətinin "Bloomberg" agentliyinə istinadən  verdiyi məlumata əsasən, "Apple" şirkəti  iyunda çıxacaq albomdan musiqini məhdud şəkildə yayımlamaq hüququnu almaq üçün "Florence" və "the Machine"  qrupları ilə artıq  razılıq əldə etmək üzrədir. 

Məlumata görə, şirkət tərəfdaşlıq məqsədi ilə məşhur müğənni Taylor Sviftə də müraciət edib.
Qeyd edək ki, "Beats Music" gələn ay yenidən işıq üzü görəcək. İndividual  aylıq abunə haqqı 9.99 dollara bərabər olacaq.
 
Ötən aydan etibarən fəaliyyət göstərən musiqi yayımlama xidməti  "YouTube" videohostinqi ilə rəqabət apara bilmək üçün artistlərlə eksklüziv müqavilələr  bağlamağa səy göstərir.

Xatırladaq  ki, "Apple" şirkəti 2014-cü ilin mayında "Beats" audio avadanlıq və musiqi yayımlama şirkətini  3 milyard dollara satın alıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL