waplog

Azərbaycanın ali təhsil ocaqlarında elektron idarəetmə sisteminin tətbiqinin genişləndirilməsi gözlənilir


"Neuron Technologies" şirkəti Ali Təhsil Müəssisələrinin tam elektron idarəetmə sisteminin tətbiqini uğurla həyata keçirir.

 
Şirkətin rəhbəri İsmayıl Ələkbərovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Xəzər universitetləri və  Azərbaycan Diplomatik Akademiyası bu sistemə maraq göstərirlər.
 
"Hazırda qeyd edilən ali təhsil müəssisələri ilə danışıqlar aparılır. Artıq sistem Azərbaycan Gömrük Akademiyasında tətbiq edilib. Bu sistemdə çəkib dartma üsulu ilə bütün qrafiklərin tərtibatı mümkün olur. Daha əvvəllər kafedralarda bu proseslərin həyata keçirilməsi  həftələrlə, aylarla vaxt alırdı. İndi bir toxunuşla bu məsələni həll etmək mümkündür. İmtahanlar artıq elektron qaydada keçirilir, tam elektronlaşdırılmış kitabxana mövcuddur", - deyə o bildirib.  

Şirkət geniş spektrli proqram təminatlarının işlənib-hazırlanması, sistem inteqrasiyaları, informasiya texnologiyaları üzrə konsaltinq, texniki dəstək və İKT-nin çoxsaylı digər istiqamətləri üzrə ən yeni texnologiyaları və həlləri təqdim edir.
 

Aynur Vəliyeva 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL