waplog

Avropa İttifaqı ölkələri “5G” standartının inkişafı üçün Yaponiya ilə birləşib


Bu yaxınlarda Avropa İttifaqı (Aİ) və Yaponiya arasında “5G” infrastrukturunun yaradılmasına dair tərəfdaşlıq sazişi imzalanıb. Yaponiyanın qabaqcıl texnologiyalar sahəsində lider ölkə kimi məşhur olması nəzərə alınsa, Aİ sakinləri “5G” standartının tezliklə təşəkkül tapmasına ümid edə bilərlər.   
 
Aİ bir zamanlar “3G” şəbəkəsinin inkişafının aparıcı qüvvəsi olub, lakin “4G”-nin yayılmasına böyük töhfəni Yaponiya və ABŞ verib. “5G” Aİ-də 2020-ci ildən tez tətbiq edilməsə də, ittifaq nümayəndələri ümid edir ki, yeni şəbəkə nəsli istifadəyə verilməsi uzun müddət təxirə salınan “4G” texnologiyasının tarixini təkrarlamayacaq.   
 
İndiyədək Aİ “5G” standartına, o cümlədən Cənubi Koreya ilə tərəfdaşlığa, texnologiyanın kütləvi tətbiqində maraqlı olan müxtəlif şirkətlərlə imzalanan sazişlərə çoxlu investisiya yatırıb.
 
Avropa İttifaqı nümayəndələri hesab edirlər ki, “5G”-nin tətbiqi layihəsi Avropa və dünyada telekommunikasiyanın inkişafının lokomotivi rolunda çıxış etməklə hətta rəqəmli televiziyaya alternativ ola bilər.
 
“5G” şəbəkələrində qurğuların bir diapazondan məlumatların alınması, digərindən göndərilməsi üçün istifadə edilməklə bir neçə tezlik diapazonunda paralel işləməsi nəzərdə tutulur ki, bunun da nəticəsində şəbəkə onun əhatə zonasında olan mobil qurğuların sorğusuna uyğun işləyəcək.   
   
Kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq “5G” şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - “4PDAyazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL