waplog

Bakıda oyun həvəskarları üçün tədbir keçiriləcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında Birinci “Game Development Day” (GDD) adlı tədbir keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, iyunun 20-də keçiriləcək tədbirdə iştirak edərək kompüter oyunlarının necə hazırlanması barəsində ətraflı məlumatlar əldə etmək  olar. Tədbirdə  oyun sektoruna marağı olanlar iştirak edə bilərlər.
 
Tədbir  “Game History”, “Game Development Process”, “Game Technologies”, “Game Publishing and Market” mövzularına həsr olunur.
 
Aynur Vəliyeva


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL