waplog

Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb


Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən verdiyi məlumata görə, NK “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
 
Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
 
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.
 
CAHANGİR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL