waplog

Regional Rabitə Birliyinin radiotezliklərin istifadəsi ilə bağlı iclasları keçiriləcək


Sentyabrın 7-11-də Moskvada (Rusiya) Regional Rabitə Birliyinin Radiotezlik Çeşidinin və Peyk Orbitlərinin İstifadəsi Komissiyasının və 2015-ci ildə Ümumdünya Radiorabitə Konfransına Hazırlıq üzrə İşçi Qrupunun iclasları keçiriləcək.                                                                  
                                                                                                                 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, paralel olaraq sentyabrın 7-10-da Radiorabitə Assambleyasının da növbəti toplantısı baş tutacaq.
 
 Tədbirlər çərçivəsində 2015-ci ildə Ümumdünya radiorabitə konfransının gündəliyi üzrə RRB ölkələrinin Rabitə administrasiyalarının mövqeyi, radiorabitə konfransının və Radiorabitə Assambleyasının işi üçün əlavə ümumi təkliflər və tədbirlərə hazırlıqla bağlı məsələlər müzakirə ediləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL