waplog

“Teleradio” İstehsalat Birliyi DVB-T2 standartında rəqəmli kommersiya yayımı şəbəkəsini genişləndirir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi DVB-T2 standartında rəqəmli kommersiya yayımı şəbəkəsini genişləndirir.
 
 
"Teleradio"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda istehsalat birliyi Zaqatala və ətraf ərazilərdə kommersiya yayım paketinin tətbiqini nəzərdə tutur.
 
"Hazırda bununla bağlı Milli Televiziya və Radio Şurası ilə müvafiq kanalların ayrılması ilə bağlı danışıqlar aparılır və razılıq əldə edildiyi halda çox qısa zamanda biz bu regionda DVB-T2 rəqəmli standartda kommersiya yayımını təmin edəcəyik", deyə "Teleradio"dan bildiriblər.
 
Qeyd edək ki, bu gün artıq DVB-T2 standartında 90 kanaldan ibarət olan kommersiya yayım paketi Gəncə, Quba, Lənkəranda və bu rayonların ətraf ərazilərində tətbiq edilib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL