waplog

Partlayışa görə dünyanın ən güclü kompüteri söndürülüb


"Sinxua" agentliyi məlumat verir ki, dünyanın ən güclü superkompüteri hesab edilən "Tianhe-1A" söndürülüb. Hesablama sisteminin yerləşdiyi yerin yaxınlığında partlayış baş verməsi buna səbəb kimi göstərilib.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, partlayış dünən yerli vaxtla təxminən saat 23:30 radələrində Çinin Tyanszin şəhərində baş verib. 40-dan çox nəfər  həlak olub.
 
Partlayış dalğası yaxınlıxda yerləşən binaların şüşə və qapılarını sındırıb, həmçinin partlayış yerindən bir neçə kilometr məsafədə yerləşən Milli Kompüter Mərkəzinə zərər vurub. Bu mərkəzdə 2015-cü ildə növbəti dəfə dünyanın ən sürətli kompüteri elan edilmiş "Tianhe-1A" superkompüteri yerləşib. Bu qurğunun məhsuldarlığı saniyədə 33,86 teraflops təşkil edir.
 
Mərkəzin direktoru Lyu Quanmin bildirib ki, partlayışdan sonra kompüter normal işləyib. Mərkəzin əməkdaşları təhlükəsizlik baxımından superkompüteri söndürüblər.
 
2016-cı ilin sonunda bu superkompüterin yeni versiyasının ("Tianhe-2A") çıxarılması planlaşdırılır. Məhsuldarlığı 3 dəfə yüksəlməlidir, Çin istehsalı olan texnologiyalarla və 3 Pbayt tutumunda əməli yaddaşla təchiz ediləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL