waplog

“Microsoft” Finlandiyada 2300 əməkdaşını ixtisar edəcək


"Microsoft" korporasiyasının nümayəndəsi təsdiqləyib ki, şirkət Finlandiyada təxminən 2300 əməkdaşını işdən ixtisar edəcək. Korporasiya Salo şəhərində öz bölməsini bağlamağa dair qərar qəbul edib.

Cari ilin iyulunda proqram nəhənginin nümayəndəsi bildirib ki, 2015-ci ildə 18 minədək əməkdaş ixtisar ediləcək.

"Nokia" ilə bağlanmış saziş nəticəsində "Microsoft"un əməkdaşlarının ümumi sayı 99 mindən 127 minədək artıb.

Xatırladaq ki, 2009-cu ildə "Microsoft" korporasiyası 6 min əməkdaşını ixtisar etmişdi.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL