waplog

Bakıda növbəti “Oracle Day 2015” seminarı keçiriləcək


Bakıda oktyabrın 7-də yeni texnologiyalara həsr olunmuş növbəti “Oracle Technology Day 2015” konfransı  keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Oracle Technology Day” konfransı biznes-dialoq, təcrübə və məlumat mübadiləsi, aktual sualların və məsələlərin müzakirəsi üçün effektiv meydandır.
 
Konfrans iştirakçıları yeni mobil və sosial texnologiyalar, “Oracle” məhsulları, həmçinin yeni nəsil bulud texnologiyaları haqda məlumat əldə edəcəklər.
 
Tədbir şirkətin Bakıdakı lokal ofisi və onun tərəfdaşları olan “R.I.S.K.”, “Sinam” və “ULTRA Technologies” şirkətlərinin dəstəyi ilə keçiriləcək. Konfransın platin sponsoru “Intel” korporasiyası olacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL