waplog

Biznes fərdi kompüterlərə üstünlük verir


Portativ qurğuların artmaqda olan populyarlığına baxmayaraq masaüstü kompüterlər korporativ istifadəçilər üçün prioritet olaraq qalır. Bu barədə Avropa şirkətlərinin 600 rəhbər və meneceri arasında sorğu keçirən “IDC” analitik şirkətinin hesabatında deyilir.
 
Respondentlərin 84 faizi bildirib ki, iş məqsədləri üçün fərdi kompüter almaq imkanını nəzərdən keçirir, çünki onlar məhsuldarlığı, möhkəmliyi, uzunmüddətli istismarı və qiymətinin ucuz olması ilə seçilir.
 
Tədqiqatdan məlum olub ki, masaüstü kompüterlərin orta istismar müddəti portativ qurğuların istismar müddətindən bir il çoxdur ki, bu da şirkətlərə ümumi xərcləri azaltmağa imkan verir.
 
“Qiymətinin aşağı olması və möhkəmlilik fərdi kompüterləri büdcəsi məhdud şirkətlər üçün ən yaxşı seçim edir. Bundan başqa, masaüstü kompüterlərin yüksək mühafizəsi sığorta, maliyyə və bank işi bazarlarını təmsil edən şirkətlər, eləcə də dövlət müəssisələri üçün əlverişlidir”, - “IDC” analitiki Masik Qorninski bildirib.
 
Həmçinin sorğunun nəticələrindən bəlli olub ki, şirkətlərin 40 faizi kompüterləri yaxın 1 ildə “Windows 10” əməliyyat sisteminə keçirməyə hazırlaşır, - "DailyCommyazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL