waplog

Dünyada monitorlar üçün ilk 8K formatında panel yaradılıb


«Japan Display» monitorlar üçün «8K» formatlı ilk panel buraxıb.
 
 
«8K» formatında panel
 
 
«Japan Display» şirkəti dünyada ilk dəfə masaüstü kompüter monitorları üçün  7680x4320 təsvir ölçüsünə malik 17,3 düymlük maye kristal panel hazırlayıb ki, bu da «Full HD» ilə müqayisədə 16 dəfə, «4K» ilə müqayisədə 4 dəfə yüksəkdir. Sözügedən panel 7-10 oktyabr 2015-ci il tarixində Yaponiyada keçiriləcək «CEATEC» sərgisində təqdim ediləcək.
 
 
 
510 ppi piksel
 
 
7680x4320 piksel («8K») və 17,3 düymlük diaqonala malik maye kristal panelin təsvir ölçüsü 510 ppi təşkil edir. Müqayisə üçün, «Apple iPhone 6s» smartfonunda ekranın təsvir ölçüsü 326 ppi təşkil edir.
 
 
İstehsalçı «8K» formatında panelin tədarükünə start tarixini açıqlamayıb.
 
 
«Japan Display» şirkətinin nümayəndəsi bildirib ki, hələ ki televizorlarda «8K» panelini tətbiq etmək tezdir. Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin «yol xəritəsi»nə əsasən, yalnız 2018-ci ildə «8K» formatında kommersiya televiziya yayımının tətbiqi planlaşdırılır.
 
 
 
Dünyanın ilk «8K» televizoru
 
Bundan əvvəl Yaponiyanın «Sharp» şirkətinin nümayəndəsi bildirib ki, 2015-ci il oktyabrın sonunda dünyada ilk «8K» televizorunun satışına başlamağı planlaşdırırlar. 7680x4320 piksel təsvir ölçüsünə malik «Sharp LV 85001» modeli 16 milyon yen (təxminən 133 min dollar) məbləğinə satılacaq.
 
 
Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL