waplog

Borcu olan vətəndaşlara səsli mesajlar göndərilir


Azərbaycanda vergi borcları olan vətəndaşların müəyyənləşməsində,  onların risk kateqoriyaları üzrə qruplaşdırılmasında və borcların geri qaytarılmasında informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi həyata keçirilir.
 
Bununla yanaşı, bir sıra inkişaf etmiş ölkələrin vergi administrasiyaları və borcların yığılması ilə məşğul olan kollektor şirkətlərinin borclu ödəyicilərlə iş prosesində istifadə etdiyi səmərəli mexanizmləri də tətbiq edilir.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə məlumat verib.
 
O bildirib ki, vətəndaşların borcu yarandığı andan vergi ödəyicisi ilə dərhal və birbaşa əlaqə yaradılmasına çalışılır. Bunun üçün də Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı, mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə öz borcları barədə məlumatlandırılır. Z.Məmmədzadənin sözlərinə görə, bu yanaşma bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.
 
 
Departament rəisi əlavə edib ki, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etmələri üçün inzibatçılıq prosesləri sadələşdirilir, onların inzibati xərclərinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına çalışılır.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL