waplog

Almaniyanın avtomobil şirkəti «3D» printerdə avtomobil çap edib


Almaniyanın «Audi» şirkəti «3D» printerdə 1936-cı ilin «Grand Prix» idman avtomobilinin mini-modelini çap edib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, model metaldan hazırlanıb və real idman avtomobil modelinin 50 faizi ölçüsündədir. «Audi» avtomobilinin surətinin hazırlanması yeni «3D» printerin mükəmməlliyini nümayiş etdirir. Ancaq hələ ki sözügedən printer tam ölçüdə avtomobil çap edə bilmir. «3D» printer ayrı-ayrı detalların yaradılması və emalı üçün mükəmməl yarayır.
 
 
«Audi» şirkəti «3D» printerin kütləvi istehsalının tətbiqini planlaşdırır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL