waplog

“Juniper Networks” Azərbaycan bazarına qiymət, funksional və keyfiyyət nisbətində ən optimal mühəndis həlləri təqdim edib


Bakıda “Juniper Networks” şirkətinin virtuallaşma, kommutasiya və təhlükəsizlik həlləri üzrə seminarı keçirilir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin Rusiya və MDB-də satış üzrə direktoru Pavel Kuçeruk bildirib ki, Azərbaycan bazarı MDB məkanında əhəmiyyət səviyyəsinə görə ilk üçlüyə daxildir.
 
“Hazırda bütün dünyada müşahidə olunan böhran şəraitində bizim universal mühəndis həllərimiz üzrə sifarişlər  daha da artır. Çünki bu həllər daha sərfəli qiymətə optimal və effektiv infrastruktur yaratmağa imkan verir. Bundan başqa bizim həllərin üstünlüyü həm də ondadır ki, onlar digər dünya səviyyəli vendorların həllərinə “bulud”da və s. infrastrukturlarda asanlıqla inteqrasiya edilirlər”, deyə P. Kuçeruk qeyd edib.
 
 
Seminar çərçivəsində “Juniper Networks” şirkətinin MDB üzrə mühəndisi Kanat İlyasov “Juniper Networks-un marşrutlaşdırma və kommutasiya  həllərinin icmalı” və “Juniper Networks-un təhlükəsizlik üzrə həllərinin yenilənmələri və icmalı”, Rusiya və MDB üzrə mühəndisi Dmitriy Karyakin “Məlumat emalı mərkəzinin yaradılması arxitekturası” və “Virtuallaşdırılmış “vMX” və “vSRX” məhsulları” mövzularında məruzələrlə çıxış ediblər.
 

Aynur Vəliyeva
  


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL