waplog

Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb


ABŞ-ın "IBM Watson" superkompüteri bazasında işləyən süni intellekt sistemi sosial şəbəkələrdə qarşıdan gələn Yeni il üçün daha çox sadalanan hədiyyələrin təhlilini aparıb. "IBM Watson Trend" proqramı vasitəsilə informasiyanı emal edən sistem bu il üçün ən çox arzulanan hədiyyənin "Apple Watch" smart saatının olması qənaətinə gəlib.   
 
"Samsung", "LG" və "Sony" televizorlarının, "Lego" uşaq konstruktorlarının, kompüter, audio və videotexnikanın, velosiped və krosovkaların daxil olduğu siyahıda ümumilikdə 100 hədiyyə yer alıb. Siyahı real vaxt rejimində superkompüterə yeni informasiya daxil olduqca yenilənir.
 
Məlumat üçün qeyd edək ki, "IBM" mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən "Watson" prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.    
 
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən "DeepQA" proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi "Watson"u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - "Lenta" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL