waplog

İnformasiya təhlükəsizliyinin təmin olunması məqsədilə elektron imzadan istifadə ediləcək


 "Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankın (MB) mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcək. 
 
Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti MB-nin mətbuat xidmətindən məlumat verilib.
 
 Bildirilib ki, bununla yanaşı, növbəti ildə Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemində (XÖHKS) beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə" ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcək.
 
 
MB-dən qeyd edilib ki, lokal telekommunikasiya şəbəkəsinin yaradılması bir sıra üstünlüklər verir. Belə ki, beynəlxalq internet şəbəkəsində hər hansı bir qırılma və ya dayanma yarandıqda sözügedən sistem üzərində fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmayacaq.
 
Bankdan verilən məlumata görə, adıçəkilən sistem artıq sınaqdan çıxıb və XÖHKS-in sabit və davamlı fəaliyyətində məhdudiyyətlər yaranmayıb. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL