waplog

Gələcək smartfonların displeyi batareyanın enerjisini işlətməyəcək


Hər kəsə bəllidir ki, smartfonun displeyi xeyli enerji sərf edir. Buna görə biz çox vaxt smartfonda batareyanın enerjisini qorumaq üçün displeyin parlaqlığını azaldırıq. Əgər «Bodle Technologies» şirkəti öz ideyasını reallaşdırsa, o zaman gələcəkdə smartfonun ekranının enerjisi problemi sadəcə yoxa çıxacaq.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «hi-news.ru» saytına istinadən yazır ki, Britaniyanın «Bodle Technologies» startapı bir fazadan digərinə asanlıqla keçən, batareyanın elektrik enerjisindən istifadə etməyən, bununla belə hətta günəş işığında dəqiq, parlaq və əla oxunan material hazırlayıb. Bu materialın yaradılması ilə bağlı texnologiyalar haqda informasiyanın çox hissəsi hələ ki sirr kimi saxlanılır.
 
Yeni həll erkən hazırlanma mərhələsindədir və «Bodle» hələ ki bu texnologiyaya maraq göstərən şirkətlərin adını açıqlamağa tələsmir. Həmçinin bu texnologiyanın bazara çıxarılma tarixi haqda danışmaq hələ tezdir. Amma sözügedən texnologiya reallaşdırılsa, o zaman smartfonları gündəlik enerji ilə doldurmaq lazım gəlməyəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL