waplog

Azərbaycanda dövlət qeydiyyatına alınan radiotezlik istifadəçilərinin sayı 475-ə çatıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.
 
DRİ-dən verilən məlumata görə, 03 dekabr 2015-ci il tarixinə idarədə 475 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 335 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir.
 
Bu ilin müvafiq dövrü ərzində 6774 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48334 ədəd təşkil edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL