waplog

“Bakcell” dən “ MMS göndər” müsabiqəsi


Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti sentyabrın 16-dan noyabrın 14-dək fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün “MMS göndər” müsabiqəsini elan edib.

Müsabiqəyə qoşulmaq üçün abonentlər mobil telefonları vasitəsilə bir şəkildə mümkün qədər çox adamla kollektiv fotoşəkillərini çəkib MMS vasitəsilə 2882 nömrəsinə göndərməlidirlər. MMS şəkillər müsabiqənin şərtlərinə uyğun olmalıdır.

Təqdim olunmuş fotoşəkillər www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrində yerləşdiriləcək və abonentlər bu səhifələrə daxil olub fotolara baxa və bəyəndikləri şəklə SMS vasitəsilə səs verə biləcəklər.

Bunun üçün onlar istədikləri fotoşəklin kodunu SMS vasitəsilə 2992 nömrəsinə göndərməlidirlər. 2882 nömrəsinə göndərilən hər bir MMS-in və 2992 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 59 qəpik təşkil edir.

Müsabiqənin qalibi SMS səsverməsi nəticəsində müəyyən ediləcəkdir. Ən çox SMS səs toplayan fotoşəklin müəllifi əsas mükafat olan Dubaya (2 nəfərlik) səyahət edəcək və iPad2-yə sahib olacaqdır.

Müsabiqə ilə bağlı təkcə MMS göndərənlər deyil, səs verən abonentlər də hədiyyə qazana biləcəklər. Səsvermə zamanı ən çox SMS göndərən abonentlər hər həftə Netbuk, hər ay iPad2 və müsabiqənin finalında Macbook Air kimi qiymətli hədiyyələrə sahib olacaqlar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL