waplog

Noyabrda 140 minə yaxın nömrənin hansı mobil operatora daşındığı öyrənilib


Noyabr ayında "Elektron hökumət" portalı üzərindən 140 minə yaxın nömrənin hansı mobil operatora daşındığı barədə məlumat verilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" elektron xidmətindən 139 411 dəfə istifadə olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərdiyi e-xidmətə daxil olaraq mobil nömrəni qeyd etməklə bu nömrənin hazırda hansı mobil operatorun şəbəkəsinə daşınması və ya bu xidmətdən istifadə etməməsi barədə məlumat əldə etmək mümkündür.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL