waplog

Sualtı robotdan batmış gəmi qalıqlarının axtarışında istifadə edilir


ABŞ-ın Stenford Universitetinin mütəxəssislərinin hazırladığı “OceanOne” sualtı robotu XIV Lüdoviqin XVII əsrdə Aralıq dənizində batan gəmisinin qalıqlarının dərinliyinə ilk eniş edib.   

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, operator gəminin qalıqları arasında robotun köməyi ilə səbətə qoyularaq su üzərinə çıxarılan kiçik vaza tapıb.

“OceanOne” stereoskopik videonun ötürülməsi üçün kameralarla və toxunuşu hiss edən manipulyatorlarla təchiz edilib. Robot çox vaxt müstəqil hərəkət etsə də, operator hər an xüsusi layihələndirilmiş kontroller vasitəsilə əllə idarəetməyə keçə bilər. Hərəkətin idarə olunması üçün həm mühərrikdən, həm də manipulyatorlardan istifadə mümkündür. Belə ki, robotun müəyyən manevr üçün mühərriklərinin gücü çatmayanda, o özünü divardan əlləri ilə itələyə bilər.

Mütəxəssislərin sözlərinə görə, iki əlin və stereoskopik gözlərin olması insanları potensial təhlükəli şəraitlərdə robotla əvəz etməyə imkan verir. Məsələn, “OceanOne” yaradıcıları robotdan qazma platformalarına xidmət göstərmək üçün istifadəni təklif edirlər. Bundan başqa, insanabənzər robotdan insanlarla birlikdə qrup şəklində suyun altına düşmək üçün istifadə etmək olar.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL