waplog

Dron inşaatçılar hündürmərtəbəli binalar tikəcək


İsveçrəli arxitektor Əmmar Mərcan ilk dəfə kiçik dronlar qrupunu layihə üzrə yüzlərlə tikinti blokundan ibarət mürəkkəb formalı altımərtəbəli bina tikmək üçün proqramlaşdırıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, pilotsuz uçan aparatlar bir-biri ilə koordinasiya edərək ağır blokları hündürlüyə qaldırmaq üçün yetərincə gücə malikdirlər.

Arxitektor robotların ilkin üçölçülü layihəyə dəqiqliklə əməl etmələrini və layihə müəllifi tərəfindən düşünülmüş istənilən mürəkkəb formaları mükəmməl yerinə yetirmələrini xüsusi vurğulayıb.

Bildirilir ki, aparatlar qarsıya qoyulan vəzifəni yerinə yetirənədək işləyir. Oxşar texnikadan real binaların tikintisi zamanı istifadə ediləcəyi hazırda məlum olmasa da, hadisələrin inkişafı bunun yaxın vaxtlarda reallaşacağını göstərir.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL