waplog

“WhatsApp” videozəng funksiyasını sınaqdan keçirməyə başlayıb


“The Verge” nəşri yazır ki, “WhatsApp” messencerində videozəng funksiyasının sınaqlarına başlanılıb. Yeni funksiya artıq messencerin “Android” mobil sistemi üçün son beta-versiyasından istifadə edən bəzi istifadəçilərə əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, “The Verge” nəşrinin nümayəndələri hesab edirlər ki, “WhatsApp” administrasiyası sözügedən funksiyanı məsafədən deaktiv edə və aktivləşdirə bilərlər. Az sayda istifadəçinin videozəng funksiyasının mövcudluğundan xəbərdar olmasını yalnız bununla izah etmək olar.

Nəşr yazır ki, videozəng funksiyası tam istifadəyə verildikdən sonra messencer “Skype”, “FaceTime”, “Hangouts” və “Facebook Messenger” kimi rəqibləri üçün daha böyük təhlükə olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL