waplog

“WhatsApp” çoxdan gözlənilən funksiyanı istifadəyə verəcək


“Facebook” şirkətinə məxsus “WhatsApp” proqramında tezliklə animasiyalı “GIF” şəkillərə baxmaq mümkün olacaq. Demək olar ki, bütün populyar messencerlər "GIF" formatlı şəkilləri dəstəkləyir, ancaq messencer bazarının lideri və 1 milyarddan çox insan tərəfindən istifadə edilən “WhatsApp” uzun müddət yalnız statik şəkillərə üstünlük verib.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “WhatsApp” messencerinin “iOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ən son beta versiyasında “GIF” formatlı şəkillərin dəstəyi aşkar edilib. Proqramda dəyişiklikləri izləyən “@WABetaInfo” adlı “Twitter” bloqunun müəllifləri yazıblar ki, messencerin “2.16.7.1” versiyası "GIF" formatlı şəkilləri avtomatik göstərir.

“@WABetaInfo” Twitter” bloqu yazır ki, “GIF” faylları, həmçinin statik təsvir kimi yadda saxlamaq mümkün olacaq.

Ehtimal ki, tezliklə messencerin “Android” sistemi üçün versiyası da “GIF” formatında şəkilləri göstərəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL