waplog

BTİ böyük dinamik diapazonlu televiziya üçün yeni standart yaradıb


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) böyük dinamik diapazonlu televiziya (HDR-TV) üçün yeni standart hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti BTİ-nin rəsmi saytına istinadən yazır ki, “HDR-TV” BT.2020 tövsiyəsində yüksək dəqiqlikli televiziya (Ultra High Definition Television, UHDTV) üzrə təsvir edilən rəngin yüksək dəqiqliyi əsasında inanılmaz reallıq hissi yaradır. BTİ-nin radiorabitə sektorunun 6-cı Tədqiqat komissiyası televiziya sahəsinin, radioyayım təşkilatları və tənzimləyici orqanlarının mütəxəssisləri ilə birlikdə standart (və ya Tövsiyə) hazırlayıb.

BTİ-nin baş katibi Houlin Çjao böyük dinamik diapazonlu televiziyanın bütün dünya tamaşaçıları üçün verilişləri izləməkdə tam yeni imkanlar açacağını deyərək standartı yüksək qiymətləndirib. “Televiziya proqramları yüksək keyfiyyətli təsvir sayəsində daha da yaxşılaşacaq ki, bu da əyləncəni maraqlı, xəbərləri real edəcək”, - baş katib vurğulayıb.

Bildirilir ki, “UHDTV” üzrə 2015-ci ilin oktyabrında təsdiq edilən BT.2020 tövsiyəsi 1930-cu illərdə kəşf edilən televiziyanın gələcək inkişafının davamıdır.

BTİ-nin “HDR-TV” üzrə son BT.2100 standartı televiziya təsvirinin gələcək inkişafına xidmət etməklə tamaşaçılara proqramları daha yüksək keyfiyyətdə və böyük reallıq hissi ilə seyr etməyə imkan verəcək. “HDR-TV” üzrə tövsiyə televiziya proqramlarında ekranın parlaqlığını artıran yeni texnologiyalardan istifadəyə şərait yaradır. “HDR-TV” sayəsində açıq yerlərdə günəş şüaları altında çəkilişlər daha parlaq və təbii olacaq.

“HDR-TV” üzrə tövsiyədə böyük dinamik diapazonlu televiziya təsvirinin istehsalının iki variantı nəzərdə tutulur. Perseptiv kvant (PQ) spesifikasiyası dəyişdirmə funksiyasından istifadə etməklə insanın görmə sisteminə uyğun dəqiqliklə qurulan parlaqlıq səviyyəsində geniş diapazonu təmin edir, “Hybrid Log-Gamma (HLG)” spesifikasiyası isə əvvəllər müəyyənləşdirilmiş əyri ötürmə xüsusiyyətlərinə tam uyğunluq sayəsində əvvəlki displeylərdə tətbiq edilən uyğunluq dərəcəsini təqdim edir. Tövsiyədə, həmçinin iki “HDR-TV” variantı arasında sadə dəyişmə prosesi təsvir edilib.

Bundan başqa, “BT.2100” standartı televiziya prodüserlərinə 3 təsvir ölçüsündən birini seçməyə imkan verir: “Full HD” (1920 х 1080), “UHDTV” (3840 х 2160) və “8K” (7680 х 4320). Formatların hamısında “UHDTV” üzrə BT.2020 tövsiyəsində təsvir edilən geniş rəng çalarlığı və kadr tezliyi diapazonu ilə təsvirin əldə olunması üzrə qabaqcıl sistemdən istifadə olunur.

Nizam Nuriyev  

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL