waplog

“AZEVROTEL” MMC yeni indeksli EATS istifadəyə verir


Yaxın günlərdə “AZEVROTEL” MMC tərəfindən Bakıda yeni indekslə işləyəcək elektron ATS istifadəyə veriləcək.

“AZEVROTEL” MMC-dən verilən məlumatda bildirilir ki, 504/505 saylı indeksləri ilə başlayan yeni ATS-də test işləri aparılır. “Ericsson” şirkətinin istehsalı olan ən müasir stansiya 20 min nömrə tutumuna malikdir.

Abunəçilərə telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətləri göstərməyə imkan verəcək yeni stansiya yaxın günlərdə tam gücü ilə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, indiyədək “AZEVROTEL” MMC öz abunəçilərinə 492-497 və 437 indeksli EATS-lərlə xidmət göstərirdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL