waplog

“Nokia” şirkətinə yeni texniki direktor təyin olunub


“Nokia” Henri Tirri şirkətin yeni texniki direktoru təyin edib. Henri Tirri bu postda Riçard Qrini əvəz edib.

Bundan əvvəl Henri Tirri fin korporasiyasının elmi-tədqiqat mərkəzinə rəhbərlik edirdi və son bir neçə ayda texniki direktor vəzifəsini icra edib.

“Nokia” şirkəti Riçard Qrin getmə səbəbini bildirmir. Lakin analitiklər iddia edirlər ki, o, şirkətin “Windows Phone” mobil əməliyyat sisteminə görə “Symbian” və “MeeGo”-dan imtina etməsindən narazı idi.

Bü gündən başlayaraq, “Nokia”nın yeni məhsullarının hazırlanması üçün bilavasitə Stiven Elopa tabe olan Henri Tirri məsuliyyət daşıyır.

Henri Tirri “Nokia” şirkətində öz karyerasını 2004-cü ildə elmi işçi vəzifəsindən başlayıb. O, 3 il sonra şirkətin tədqiqat laboratoriyasına rəhbərlik edib. Yeni texniki direktor Finlandiyada deyil, ABŞ-da işləyəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL