waplog

“Google” şirkəti öz video messencerini təqdim edib


“Google” şirkəti “Duo” adlı yeni video messencer istifadəyə verməyə hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti mail.ru saytına istinadən yazır ki, sözügedən video messencerin əsas özəlliyi olduqca sadə interfeysə malik olmasıdır. Mobil proqramı işə salan istifadəçi ön kameradakı təsviri, həmçinin "Video çağırış" düyməsini görür. Bu düyməni sıxdıqda kontakt siyahısı açılır və onlara zəng etmək olar.

“Duo” video messencerində qeydiyyatdan keçmək üçün yalnız telefon nömrəsini daxil etmək kifayətdir. Tərtibatçıların sözlərinə görə, buraxılış qabiliyyətinin avtomatik ölçülməsi və kodeklərin optimallaşdırılması, həmçinin rabitənin əllə tənzimlənməsi imkanı internet qoşulmanın keyfiyyətindən asılı olmayaraq mobil proqramın sabit işini təmin edəcək.

Yeni messencerin daha bir özəlliyi zəngə cavab verilənədək həmsöhbəti görməyə imkan verən “Knock Knock” funksiyasıdır.

Emil Hüseynov




NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL