waplog

Parolları əvəz edəcək avtorizasiya sistemi yaradılıb


ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib. Söhbət parolsuz avtorizasiya sistemindən gedir.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla  kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.

Platforma biometrik parametrlərin köməyi ilə sistemə daxil olmağa imkan verir. Söhbət barmaq izi və gözün qüzehi qişasının skan edilməsindən getmir. Sistem istifadəçini onun yerişi, ürək ritmi, klaviaturada düymələrə sıxma sürəti və tərzindən tanıyır.

“UnifyID” şirkətinin direktoru Con Ueyli barmaq izinin köməyi ilə eyniləşdirmə üsulunu "qıcıqlandırıcı" və hakerlər üçün sadə maneə hesab edir. Parollara müdaxilə, həmçinin asandır. Müasir eyniləşdirmə sistemi məxfi informasiyaya əsaslanır və istifadəçi sistemə daxil olduqda hər dəfə onu paylaşır, halbuki “UnifyID” avtorizasiya üsulu bu anı tamamilə istisna edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL