waplog

Məşhur sosial şəbəkə təsisçisi ev şəraitində süni intellektdən istifadəni nümayiş etdirib


“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ev şəraitində süni intellektdən istifadəni nümayiş etdirib. 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, o, “JARVIS” elektron köməkçi funksiyasının adını “Dəmir adam” filmində süni intellektə malik uydurma eşikağası personajından götürüb.

Məlumata görə, ev “ağıllı” sistemlərinin hava temperaturunun tənzimlənməsi, mənzillərdə audio və video qurğularının, işıqlandırmanın idarə olunması, videokamera və qapılarla manipulyasiya kimi malik olduqları adi funksiyalarla yanaşı, “JARVIS” bir sıra fərdi xüsusiyyətlərə malikdir.

Onlara, məsələn, “JARVIS” virtual köməkçisinin uşaqları yuxudan ayıltmasını və səhər yeməyi hazırlamasını, eləcə də təkcə yazılı komandalara deyil, həmçinin sistemin müəyyənləşdirə biləcəyi insan nitqinə reaksiyasını aid etmək olar. Qurğunun daha bir özəlliyi, həmçinin onun insan sifətlərini seçmək qabiliyyətidir.

Bildirilir ki, “JARVIS” yalnız “iPhone” smartfonunda səsli proqram və ya “Facebook Messenger” üçün bot vasitəsilə verilən, eləcə də müşahidə kamerasından daxil olan dəqiq komandalara tabe olur. Əmrin dəqiqliyi sistemin yerinə yetirəcəyi funksiyaya təsir göstərən mütləq şərtdir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL