waplog

İlin ən pis qurğularının adı açıqlanıb


“Engadget” portalı 2016-cı ilin ən pis qurğularının adını açıqlayıb. Siyahıda smartfonlar, noutbuk, saat və hətta qulaqcıq üçün keçirici yer alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ilin başlıca məyusedici qurğularından biri kimi öz-özünə alışma hallarına görə çoxsaylı şikayətlərin edildiyi “Galaxy Note 7” smartfonu qeyd edilir. Portal Cənubi Koreya istehsalçısının qurğusundan başqa ən pis smartfonlar siyahısına “Sony” şirkətinin “Xperia X Performance” modelini daxil edib. Qeyd olunur ki, telefonun “Xperia X” istehsal xəttindən olan əvvəlki qurğu ilə müqayisədə məhsuldarlığı cüzi yaxşılaşdırılsa da, qiyməti 700 dollar təşkil edir. Yüksək qiymətinə (1,5 min dollar) görə “Android Wear” sistemli “Tag Heuer Connected” “ağıllı” saatı da ilin pislənilən qurğular siyahısındadır.

Antireytinqdə, həmçinin baxmadan çap etməyin qeyri-mümkün olduğu sensorlu klaviaturaya malik “Lenovo Yoga Book” noutbuku da yer alıb. Sensor ekranlı “Vinci” “ağıllı” qulaqcığı qəribə xarici görünüşünə və üst tərəfində sensorlu displeyin yerləşməsinə görə siyahıya daxil edilib.

Bundan başqa, istehsalı satışa başlayandan 16 gün sonra dayandırılan “GoPro Karma” pilotsuz uçan aparatı və “iPhone 7” qulaqcığı üçün keçirici 2016-cı ilin ən pis qurğusu seçilib.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL