waplog

Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub


"EyeQue" adlı optik qurğu smartfon displeyinin köməyi ilə görmə itiliyinin yoxlanılması üçün istifadə olunur. Cihaz "Kickstarter" resursunda yerləşdirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "EyeQue" cihazı smartfona bərkidilir və "myEyeQue" mobil tətbiqi işə salınır. İstifadəçi ekrandakı obyektləri izləməlidir, görmə itiliyinin yoxlanılması 9 testdən ibarətdir. Ölçmənin nəticələri həkimin resepti formasında tərtib olunur və reseptdə görmə itiliyinin bərpası üçün linza modeli göstərilir.

Sözügedən qurğu görmə itiliyinin problemlərini aşkar etməyə, eynək və ya linza seçiminə kömək edəcək. "EyeQue", həmçinin müalicə zamanı görmə dərəcəsində dəyişikliklərin izlənilməsi üçün gərəklidir.

"EyeQue" tibbi cihaz sertifikatına malik deyil, ona görə onun göstəricisini tövsiyə kimi istifadə etmək olar. Həmçinin istehsalçılar qurğunun ölçmə  dəqiqliyi barədə məlumat verməyiblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL