waplog

Eyni vaxtda bir neçə qurğunu enerji ilə dolduran cihaz təqdim olunub


Ötən il Fransanın “Energysquare” startapı eyni vaxtda bir neçə qurğunu enerji ilə doldurmağa imkan verən simsiz enerji doldurma qurğusunu təqdim edib. “Kickstarter” platformasında yerləşdirilmiş layihə 100 min avro toplaya bilib. İndi isə “Energysquare” şirkəti öz enerji doldurma qurğusunun işlək prototipini “CES 2017” sərgisində nümayiş etdirib. Sözügedən qurğu istənilən smartfon və planşeti dəstəkləyir. Simsiz enerji doldurmanı dəstəkləməyən qurğuların arxa hissəsinə yapışdırılan stiker “microUSB”, “USB Type-C” və ya “Lightning” konnektorları vasitəsilə cihazın batareyasını enerji ilə doldurur.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, cari rübdə satışa çıxarılacaq “Energysquare” cihazının qiyməti 89 dollar təşkil edəcək. Yükləmə sahəsi və 5 ədəd stiker tədarük dəstinə daxildir.


Emil Hüseynov




RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL