waplog

Dünyada üç ekranla təchiz edilmiş ilk noutbuk təqdim edilib


“Razer” şirkəti Las-Veqasda öz işinə başlayan “CES” sərgisində üç ekranla təchiz edilmiş qeyri-adi oyun noutbukunun prototipini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Blade Pro” modeli əsasında hazırlanmış “Project Valerie” adlı noutbuk  işıqlandırma ilə təchiz edilmiş iki əlavə ekrana malikdir və noutbukun qapağını açdıqdan sonra mərkəzi hissədən avtomatik olaraq açılır. 17.3 düymlük ekranların hər birinin təsvir ölçüsü 3840x2160 piksel (“4K Ultra HD”), ekranların ümumi təsvir ölçüsü 11520x2160 piksel təşkil edir. Noutbuk tərəfindən dəstəklənən “Nvidia Surround View” texnologiyası təsviri bütün ekranlar boyunca "dartmağa" imkan verir.

“Project Valerie” noutbukunun qalınlığı 3.8 sm, çəkisi isə 5.5 kq-dır. Noutbuk “Nvidia GeForce GTX 1080” videokartı ilə təchiz edilib. Şirkət “Project Valerie” noutbukunun başqa parametrləri haqda məlumat vermir.

Emil Hüseynov




NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL