waplog

“Samsung Galaxy S8” smartfonu 29 mart tarixində təqdim edilə bilər


“Samsung” şirkəti 29 mart tarixində öz qabaqcıl smartfonunu təqdim edə bilər. 849 ABŞ dolları məbləğində olan aparat 24-30 aprel tarixlərində satışa çıxarıla bilər. Bu haqda “Twitter”də öz mikrobloqunda @Ricciolo1 ləqəbli istifadəçi yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, onun məlumatına görə, Cənubi Koreya şirkəti “Galaxy S8” smartfonunu fevralın sonunda keçiriləcək “MWC” sərgisinə də gətirəcək, ancaq orada smartfon geniş tamaşaçı kütləsinə təqdim edilməyəcək.
 
Xatırladaq ki, məlumatlara əsasən, “Samsung Galaxy S8” smartfonu 1440x2560  piksel təsvir ölçülü 5.7 düymlük nazik çərçivəli və “Gorilla Glass 5 “qoruyucu şüşəsinə malik bükük displey, “Snapdragon 835” səkkiznüvəli prosessoru, 12 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz ediləcək. Həmçinin təxmin edilir ki, “Samsung” şirkəti 6.2 düymlük ekranla təchiz edilmiş “S8 Plus” modelini buraxacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL