waplog

Dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfon nümayiş olunacaq


Çinin “ZTE” şirkəti “MWC” sərgisində dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonu nümayiş etdirməyi planlaşdırır.

“ZTE Gigabit Phone” smartfonu saniyədə 1 Qbit sürətlə internetə qoşulacaq. İstehsalçının məlumatına görə, bu sürət virtual reallıqda 360 dərəcəlik axınlı videoları və ultra yüksək təsvir ölçülü çarxları izləməyə imkan verəcək. Telefon ABŞ və Avstraliya bazarları üçün nəzərdə tutulub, çünki beşinci nəsil şəbəkələri ilk öncə adı çəkilən ölkələrdə əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, ehtimal ki, sözügedən smartfon “Qualcomm” şirkətinin “Snapdragon 835” çipi ilə işləyəcək. Bu çipin modulu artıq 1 Qbit/s-lik internet sürətini dəstəkləyir.

27 fevral tarixində  Barselonada start götürəcək “MWC” sərgisində “ZTE Gigabit Phone” haqda bütün təfərrüatlar məlum olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL