waplog

“Facebook”da beynəlxalq pulköçürmələri sistemi istifadəyə verilib


“Facebook” korporasiyası Böyük Britaniyanın “TransferWise” şirkəti ilə birlikdə pulköçürmələri funksiyasını beynəlxalq formatda istifadəyə verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.

Funksiya pulköçürmələri üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından faydalıdır. Məsələn, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL