waplog

“NASA” kosmosun tədqiqi üçün proqramlar hazırlayıb


ABŞ Kosmik Agentliyi (NASA) internet istifadəçiləri üçün proqramlar kataloqu təqdim edərək hamının kosmosu müstəqil şəkildə tədqiq etməsinə imkan yaradıb. Kataloqlara kosmik məkanın dərindən tədqiqi üzrə servislərlə yanaşı, mühəndislər üçün peşəkar proqram təminatı daxildir.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, agentlik, həmçinin layihələrin populyarlaşdırılması üçün proqram və kitabxana kodlarından ümumi və pulsuz istifadəyə şərait yaradıb. Yeni kataloqda çoxlu müxtəlif proqramlar, o cümlədən astronavtlar haqqında uşaq oyunları, uçan aparatların hazırlanması üçün nəzərdə tutulan məhdud ixtisaslı proqram təminatı yer alıb. Bundan başqa, Yerin və onun ətrafındakı peyklərin, kosmik məkanın müxtəlif sahələrinin müşahidəsi və ya planetin yeni fotoşəkillərinin əldə edilməsi üçün proqramlara da rast gəlmək olar.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL