waplog

Hindistanda dindar müsəlmanlar üçün telefon yaradılıb


Hindistanın “İ-Tel İndia” və “Beyon” şirkətləri ölkədə ilk dəfə olaraq müsəlmanlar üçün telefon çıxarır.

“i786” modeli satışa noyabr ayının 12-də çıxarılacaq və qiyməti 60 dollar olacaq. Bundan əvvəl də belə modellər çıxarılıb, lakin onların qiyməti baha olub.

“i786” telefonunun adını İslamın aparıcı mütəxəssisləri bəyəniblər, onların fikirlərinə əsasən, rəqəmlərin bu uyğunluğu müsəlmanlar üçün əlverişlidir. Qurğunun qiymətinə, həmçinin zəkat (müsəlmanlar üçün kasıbların xeyrinə məcburi vergi) daxil edilib.

“Beyon İ-Tel i786” telefonuna tematik rinqton və divar kağızları, islam bayramlarının hesablanması üçün ay təqvimi, Məkkəyə istiqaməti göstərən proqram və Quran mətni ilə olan proqram quraşdırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL