waplog

Ədliyyə Nazirliyinin 5 yeni xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Ədliyyə Nazirliyinin 5 yeni xidməti inteqrasiya edilib.

Bu xidmətlərə “Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi”, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi”, “Dövlət notariat arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi”, “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” və “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” daxildir.

Qeyd edək ki, “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti qeydiyyatsızdır. Digər xidmətlərdən istifadə etmək üçün isə “Elektron hökumət” portalında qeydiyyatdan keçmək lazımdır.
Beləliklə, Ədliyyə Nazirliyi tərəfindən elektronlaşdırılan xidmətlərin sayı artıq 22-yə çatıb.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL