waplog

“VivoPC X” kompüteri satışa çıxarılıb


“ASUS” şirkəti masaüstü kompakt “VivoPC X” virtual reallıq kompüterini satışa çıxarıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bu ilin yanvarında “CES” sərgisində nümayiş olunan yeni qurğu ölçüsünə görə oyun qurğusundan kiçik kompakt sistem blokuna malik kompüterdir. “Kaby Lake” mikroarxitekturalı yeddinci nəsil “Intel Core” prosessoru ilə işləyən “VivoPC X” virtual reallıq ilə iş üçün əlverişli həll kimi qələmə verilir.

Kompüterin operativ yaddaşı 8 giqabayt, quraşdırılmış yaddaşı 512 giqabayt təşkil edir. Videokart “Pascal” arxitekturalı “NVIDIA GeForce GTX 1060” diskret qrafik sürətləndiricisi ilə təchiz olunub. Prosessor qızmadan dayanıqlı istilik trubkalı soyutma sistemi və ventilyasiya üçün çoxsaylı dəliklərlə mühafizə edilib.
“VivoPC X” kompüterinin qiyməti 800 dollar təşkil edir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL