waplog

“Nar Mobile” “Qısa danışıqlar” paketini təqdim edir


Abunəçilər “Qısa danışıqlar” paketini sifariş etməklə, bütün Azərbaycanla sərfəli qiymətlərlə danışmaq imkanı qazanırlar.

Paket çərçivəsində ölkədaxili bütün istiqamətlərə hər 30 saniyə cəmi 2 qəpikdir. Paketin sifarişi üçün telefonun ekranında *777#002#YES şifrəsini yığmaq və ya 002 yazıb 777 nömrəsinə mesaj göndərmək kifayətdir.

Paketi sifariş etmək üçün abonentin balansında minimum 5 manat məbləğində vəsait olmalıdır. Paketdən istifadə müddəti 10 gündür. 5 manat sərf edildikdə və ya 10 gün bitdikdə paket avtomatik olaraq ləğv olunur.

“Qısa danışıqlar” paketi yalnız “Ölkəm” və “Sevimli Şəbəkə” tariflərinin abunəçilərinə şamil olunur. Paket çərçivəsində bütün zənglər üçün hesablama intervalı 30 saniyədir.

Paket haqqında daha ətraflı məlumatı “www.narmobile.az” saytından və ya 777 nömrəsinə zəng edərək ala bilərsiniz.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL