waplog

Yeni “Acer” fərdi oyun kompüterləri təqdim olunub


"Acer" şirkəti buraxılan fərdi oyun kompüterlər çeşidinə "Aspire GX-281" seriyasından üç model əlavə edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, "UR11", "UR15" və "UR14" adlı yeni qurğular "AMD Ryzen" prosessorları (müvafiq olaraq Ryzen 5 1400, Ryzen 5 1600 və Ryzen 7 1700X) əsasında yaradılıb. İlk iki model 8 giqabayt operativ və sərt diskdə 1 terabayt quraşdırılmış yaddaş, "UR15" modeli isə 16 giqabayt operativ və 2 terabayt tutumlu iki sərt disk və 256 giqabaytlıq bərk cisimli toplayıcı ilə təchiz edilib.
 
Məlumata görə, eyni daxili qırmızı elementli qara rəng və eyni altdan işıqlandırma ilə təchiz olunan yeni qurğular müvafiq olaraq "GeForce GTX 1050", "GeForce GTX 1050 Ti" və "GeForce GTX 1070" videokartlarına malikdir. Bundan başqa, 64 bit tutumlu "Microsoft Windows 10 Home" əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi oyun kompüterlərində dörd "USB 2.0" və iki "USB 3.0" portu quraşdırılıb.  
 
"Acer Aspire GX-281-UR11", "GX-281-UR15" və "GX-281-UR14" modellərinin qiyməti müvafiq olaraq 800, 900 və 1500 dollar təşkil edir. 
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL