waplog

Pəncərələri günəş panellərinə çevirən maye şəffaf örtük yaradılıb


ABŞ-ın "SolarWindow Technologies" startapı tərəfindən pəncərələr üçün hazırlanmış maye örtük onları elektrik enerjisi hasil edən günəş panellərinə çevirir.

"ICTnews" Elektron Xəbər Xidməti "igate.com.ua" saytına istinadən yazır ki, şüşə və ya ikiqat plastik pəncərə sistemlərinin üzərinə çəkilən örtük quruduqdan sonra nazik şəffaf plyonka (karbon materialı, hidrogen, azot və oksigendən ibarətdir) yaradır. Bu örtükdən keçən günəş işığı elektrik enerjisi hasil edir.

"Adi günəş panelləri tutqundur, "SolarWindow" isə elektrik enerjisinin hasili zamanı arxitekturanın gözəlliyini qoruyub saxlamaq və pəncərələrin şəffaflığı üçün yeni texnologiya üzərində işləyir" – "SolarWindow" şirkətinin baş direktoru Con Konklin deyib.

Sözügedən maye örtüyü hər şeydən əvvəl göydələnlərdə tətbiq etmək planlaşdırılır.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL