waplog

Proqramlaşdırıla bilən süni dəri yaradılıb


Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib. Alimlər tərəfindən hazırlanmış material elastik, uzadıla bilən, müxtəlif üçölçülü formaları əldə etmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, idarə edilə bilən material başayaqlıların öz rəngini dəyişən, həm də sıxılıb-uzadıla bilən dəri hüceyrələrinə oxşar yaradılıb. Əzələ hidrostatı adlandırılan bu xüsusiyyət skelet dəstəyinə malik deyil. Maraqlıdır ki, insanda da oxşar struktur var. Bu dildir. Başayaqlıların əzələ hidrostatını öyrənən alimlər onun əsasında öz formasını dəyişmək xüsusiyyətinə malik olan süni parça yaradıblar.

Bu materialın yaradıcıları qeyd edirlər ki, material bir çox sahələrdə tətbiq edilə bilər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL