waplog

SİNAM şirkətinə lisenziya verildi


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən SİNAM şirkətinə fəaliyyət istiqamətlərindən biri üzrə lisenziya təqdim olunub.

Lisenziya Azərbaycan Respublikasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsinə icazə verir.

SİNAM şirkətinin göstərilən istiqamətdə proqram təminatının hazırlanması üzrə yüksək peşəkar səviyyəsini təsdiqləyən lisenziya beş il müddətini əhatə edir.

Qeyd etmək lazımdır ki, SİNAM şirkəti 16 ildir ki, fəaliyyət göstərir və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biridir.

“Microsoft”, “Oracle”, “Alcatel-Lucent”, “EMC”, “Cisco”, “İMC”, “e-İnstruction” kimi beynəlxalq binzes-tərəfdaşları Azərbaycanda təmsil edən SİNAM şirkətinin ABŞ, Qırğızıstan və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL