waplog

2017-ci ilin 5 ən yaxşı smartfonu bəlli olub


Hər il mütəxəssislər ən qabaqcıl smartfonların reytinqini tərtib edirlər. 2017-ci il də istisna deyil, ekspertlər 5 ən yaxşı smartfonun adını açıqlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, reytinqin beşinci pilləsində “OnePlus 5” smartfonu qərarlaşıb. Bu qurğunun yaradıcıları bir neçə faydalı funksiyanı əlavə etməyi unudublar: bu, simsiz yükləmə, gözün skaneridir.

“Essential Phone” smartfonu dördüncü pillənin sahibidir. Smartfonun yaradıcısı Endi Rubin “Android” mobil əməliyyat sisteminin tərtibatçısıdır. Sözügedən cihaz titan korpusa malikdir. Qiyməti 699 ABŞ dollarından başlayır.

“Samsung Galaxy Note 8” cihazı reytinqin üçüncü pilləsində qərarlaşıb. Həm də cari ilin ən gözəl smartfonu adına layiq görülüb.

“Google Pixel” & “Pixel 2 XL” smartfonları reytinqin ikinci pilləsini tutublar. Standart modelin qiyməti 649 ABŞ dollarından başlayır.

“Apple” korporasiyasının istehsalı olan “iPhone 8” və “8 Plus” smartfonları birinci pillədə qərarlaşıblar. Birinci smartfonun qiyməti 700 ABŞ dolları, ikincinin isə 800 ABŞ dollarından başlayır.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL